Amerikanın elektromobil istehsalçısı, İlon Maska məxsus «Tesla» şirkəti istehsal etdiyi avtomobillərin qiymətini artırıb.
Eləcə də bax: “Tesla Cybertruck”ın buraxılış vaxtı açıqlandı - FOTO - VİDEO
FED.az xəbər verir ki, bu barədə «Business Insider» məlumat paylaşıb.
Qiymət artımı nəticəsində «Tesla»nın «Model X» avtomobili 6 min dollar bahalaşaraq 121 min dollar olub.
«Model S»in qiyməti 3 min dollar artaraq 63 min dollardan 66 min dollara yüksəlib. Qeyd edək ki, «Tesla» bu il artıq ikinci dəfədir qiyməti artarar – yanvarda şirkətin ən ucuz avtomobili olan «Model 3»ün qiyməti 10 min dollar artırılmışdı.