Avropada elektrik avtomobillərinin satışların artsa da, «Tesla» bu vəziyyətdən faydalana bilmir.
Tesla qaz pedalını sıxdı! - SƏHMLƏR KƏSKİN BAHALAŞDI
FED.az xəbər verir ki, son vaxtlar İlon Maska münasibətin dəyişməsi və şirkətin yeni modellərinin gecikmələri "Tesla"nın Avropa bazarındakı mövqeyinə ciddi zərbə vurub.
Son aylar «Tesla»nın satışları kəskin şəkildə aşağı düşüb. Almaniyada aprel ayında cəmi 885 ədəd «Tesla» satılıb ki, bu da ötən illə müqayisədə təqribən 2 qat azalma deməkdir. Britaniyada isə ay ərzində cəmi 512 "Tesla" satılıb – 2 dəfədən də çox azalma deməkdir.
İsveç və Fransada da eyni vəziyyətdir. İsveçdə "Tesla"nın satışları 80%, Fransada isə 59% azalıb. Bütün bu rəqəmlər "Tesla"nın son 2 ildə Avropadakı ən zəif nəticələrini göstərir.
Mütəxəssislər bildirir ki, azalmanın əsas səbəbi avtomobillərin keyfiyyəti deyil, birbaşa İlon Maskın özü ilə bağlıdır. Avropada alıcılar artıq açıq şəkildə bildirirlər ki, İlon Maska görə «Tesla»dan uzaq dururlar.
Əvəzində «Tesla»nın rəqibləri güclənməkdədir. Çinin BYD markası Almaniyada satışlarını 755%, yəni 8 dəfə, Britaniyada isə 311%, yəni 4 dəfə artırıb. Digər Çin markaları – MG, XPeng və Nio da Avropa bazarına güclü giriş ediblər. Hətta son vaxtlara kimi özünə gəlməyə çalışan «Volkswagen» kimi yerli brendlər də "Tesla"nı geridə qoyaraq satışlarını ikiqat artırıblar.
Ekspertlər deyir ki, əsas problem avtomobildə yox, İlon Maskın imicindədir və əgər bu dəyişməsə, "Tesla" Avropada alıcılarını tam itirə bilər.