Tesla-nın elektrik avtomobilləri Almaniyanın lüks avtomobil istehsalçıları üçün bir texnologiya olmaqdan çıxıb əsl rəqibə çevrilib.
2017-ci ildə Elon Musk-ın qurduğu ABŞ-ın Tesla şirkəti, ən yüksək seqmentdəki avtomobil modeli olan "Model S" in satışlarında iki böyük Alman nəhənginin eyni seqmentdəki Mercedes S Class və BMW 7 seriyasını geridə qoyub.
Eləcə də bax: Almaniyada dizel maşınlar ucuzlaşacaq – QƏRAR
FED.az xəbər verir ki, Avropa miqyasında Tesla satışları 30% artaraq 16132 ədədə çatıb. Bazar araşdırması şirkəti "Jato"nun məlumatlarına görə, Mercedes S Class satışları 13359 ədəddə qalıb. BMW isə 7 Seriyasından isə 11735 ədəd satıb.
Tesla, sadəcə, sedan deyil, getdikcə böyüyən SUV seqmentində də Almanlara meydan oxuyur. Tesla 12 min ədəd satdığı Model X ilə BMW X6-nı keçib. Porsch Cayenne ilə də baş-başa gedir.
"Jato"nun analitiki Felipe Munoz, "Ənənəvi Alman istehsalçıları üçün bu çox ciddi bir həyəcan siqnalıdır" deyib.
Tesla kimi kiçik, amma ağıllı bir mar