İnnovativ elektrik avtomobilləri ilə tanınan “Tesla” şirkəti ucuz elektromobil modelinin yaradılması planlarını açıqlayıb.
İlon Mask robot taksisini təqdim etdi
FED.az xəbər verir ki, üçüncü rüb üzrə məlumatların açıqlanması hesabatına əsasən, şirkət 2025-ci ilin əvvəlində sərfəli elektromobillərin istehsalına başlamağı planlaşdırır.
Məlumata görə, “Tesla” büdcə elektromobilinin yaradılması üçün yeni platforma hazırlayacaq. Lakin istehsal xərclərini azaltmaq üçün mövcud modellərin istehsalında istifadə olunan eyni montaj xətlərindən istifadə etməyi planlaşdırır. Bu yanaşma “Tesla”ya xərcləri optimallaşdırmağa və keyfiyyətə xələl gətirmədən alıcılara sərfəli elektromobil təklif etməyə imkan verəcək. (Oxu.az)