Qış yaxınlaşdıqca avtomobillərdə dəyişilməsi vacib olanlardan biri də onun təkərləridir. Amma nədənsə bəzi sürücülər sanki buna elə də diqqət etmirlər. Təkər bazarında yaşanan durğunluq bunu deməyə əsas verir.
Gələn ildən bu avtomobillərin idxalı qadağan ediləcək - QİYMƏTLƏR BAHALAŞACAQ
FED.az xəbər verir ki, satıcıların dediyinə görə, istehsal edildiyi ölkə və keyfiyyətinə görə təkərlərin qiymətləri müxtəlifdir. Hər bir müştəri cibinə uyğun təzə təkəri rahatlıqla bazarda tapa bilir.
Ssatıcılar deyirlər ki, Azərbaycanda qış o qədər də sərt keçmədiyindən sürücülər bu fəslin təkərlərinə elə də maraq göstərmirlər. Yəni dörd fəsil təkərə üstünlük verirlər.
Hazırda bazardakı ən ucuz təkərlər Çində, ən bahalıları isə Avropada istehsal edilənlərdir.
Alıcılar qiymətlərdən razıdırlar. Sürücülər ən çox maraqlandıran da təkərin istehsal ili və qiymətidir.
Satıcılar qışa doğru qiymətlərin artacağını istisna etmirlər. (Xezerxeber.az)