Azərbaycanda avtomobillərin icbari sığortasının hesablanması qaydası dəyişib.
Avtomobil sığortası ilə bağlı mühüm dəyişiklik - VİDEO
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nı təsdiqləyib.
Yeni qaydalara əsasən, bundan sonra avtomobillərin icbari sığorta haqqı hesablananda avtomobilin mühərrikinin həcmi ilə yanaşı, avtomobilin növü, sürücünün yaşı və sürücülük təcrübəsi, avtomobilin Bakıda və ya regionda sürülməsi, hətta avtomobilin istehsal müddəti, eləcə də Bonus-Malus balları nəzərə alınacaq.
Xatırladaq ki, indiyədək icbari sığotrta haqqı hesablananda yalnız avtomobilin mühərrikinin həcmi və Bonus-Malus balları nəzərə alınırdı.
Yeni qaydalara əsasən, avtomobillərin icbari sığortasının hesablanması üzrə baza məbləği dəyişməyərək 50 manat saxlanılıb. Yeri gəlmişkən, bəzi sığorta şirkətləri bu məbləğin 75-100 manata qaldırılacağını gözləyirdi. Çünki 50 manatlıq məbləğin qəbul edilməsindən 10 ildən artıq vaxt keçib və bu müddətdə avtomobillərin ehtiyat hissələrinin qiyməti və təmir xərcləri təqribən 2 dəfə artıb.
Əsas dəyişikliklər: avtomobil sürücülərinin yaşı və təcrübəsi az olduqca, sığorta haqqı da artacaq. Məsələn 1 ilədək təcrübəsi olan sürücülər üçün sığorta haqqı 1,35 əmsalına vurulacaq, 2-5 il təcrübəsi olanlar üün əmsal 1,2-1,3 olacaq. Ən aşağı əmsal 10 il və daha artıq təcrübəsi olanlar üçündür.
Bundan başqqa, 16-25 yaşa qədər olan sürücülərin sığorta haqqı da yüksək olacaq. Yaşa görə ən aşağı əmsallar 30-65 yaş arasında olacaq. 65 yaşdan sonra isə sığorta haqqı yenidən artacaq.
Regionlar üzrə fərqlər
Gözlənildiyi kimi regiolar üzrə ən yüksək sığorta haqqı Bakıda nəzərdə tutulub – paytaxtda sürülən avtomobillər üçün sığorta haqqıı hesablananda məbləğ 1,1 əmsalına vurulacaq. Sumqayıt və Abşeron rayonunda bu əmsal 1,05, Naxçıvan və Gəncədə 1, digər şəhər və rayonlarda isə 0,95 müəyyən edilib. Yəni eyni avtomobili rayonda sığorta etmək daha ucuz başa gələcək, nəinki Bakıda və sair.
Köhnə avtomobillərin sığorta haqqı daha yüuksək olacaq
Nəhayət, yeni qaydalara görə, köhnə avtomobillər üçün sığorta haqqı daha yüksək ollacaq. Belə ki, 10 ilədək olan maşınlarda sığorta haqqı 1 əmsalına vurulacaq, 10-20 illik maşınlar üçün bu əmsal 1,05, 20 ildən artıq olanlar üçün isə 1,1 olacaq.
Başqa sözlə, avtomobillərin bütün göstəricidləri eyni olduqda 20 ildən artıq istehsal tarixi olan avtomodilləri sığortalamaq, yeni maşınlarla müqayisədə 10% daha baha olacaq.
Avtonəqliyyat vasitəsinin növünə görə tətbiq olunan əmsallar
Cədvəl 1
S.n. |
Avtonəqliyyat vasitəsinin növü |
Əmsallar |
1. |
Minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – mühərriklərinin həcminə görə: |
|
50 sm3 – 1500 sm3 |
1 |
|
1501 sm3 – 2000 sm3 |
1.5 |
|
2 001 sm3 – 2500 sm3 |
2 |
|
2501 sm3 – 3000 sm3 |
2.5 |
|
3001 sm3 – 3500 sm3 |
3 |
|
3501 sm3 – 4000 sm3 |
3.5 |
|
4001 sm3 – 4500 sm3 |
4 |
|
4501 sm3 – 5000 sm3 |
4.5 |
|
5000 sm3-dən çox |
5 |
|
2. |
Avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – sərnişin yerlərinin sayına görə: |
|
9 – 16 |
3 |
|
16 – dan artıq |
4 |
|
3. |
Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – icazə verilən maksimum kütləsinə görə: |
|
3500 kq-dan çox olmadıqda |
3 |
|
3501 kq – 7 000 kq |
4 |
|
7000 kq – dan yuxarı |
5 |
|
4. |
Motosikletlər və motorollerlər |
1 |
5. |
Qoşqular və yarımqoşqular |
0.5 |
6. |
Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri |
1 |
7. |
Trolleybuslar və tramvaylar |
2 |
Sığortalının sürücülük təcrübəsi və yaşına görə tətbiq olunan əmsallar
Cədvəl 2
S.n. |
Yaş/Təcrübə |
0 il |
1 il |
2 il |
3-4 il |
5-6 il |
7-10 il |
10 ildən yuxarı |
1. |
16-25 |
1.35 |
1.35 |
1.35 |
1.30 |
1.25 |
1.20 |
- |
2. |
26-29 |
1.35 |
1.35 |
1.30 |
1.25 |
1.20 |
1.10 |
1.00 |
3. |
30-39 |
1.35 |
1.30 |
1.25 |
1.20 |
1.10 |
1.00 |
1.00 |
4. |
40-49 |
1.35 |
1.30 |
1.25 |
1.15 |
1.10 |
1.00 |
1.00 |
5. |
50-65 |
1.35 |
1.30 |
1.25 |
1.15 |
1.05 |
1.00 |
1.00 |
6. |
65-dən yuxarı |
1.35 |
1.35 |
1.35 |
1.30 |
1.25 |
1.20 |
1.10 |
Avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə tətbiq olunan əmsallar
S.n. |
Avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu ərazi |
Əmsallar |
1. |
Bakı şəhəri |
1.1 |
2. |
Sumqayıt şəhəri, Abşeron rayonu |
1.05 |
3. |
Naxçıvan Muxtar Respublikası, Gəncə şəhəri |
1.0 |
4. |
Digər şəhər və rayonlar |
0.95 |
Avtonəqliyyat vasitəsinin istismar müddətinə görə tətbiq olunan əmsallar
Cədvəl 4
S.n. |
Avtonəqliyyat vasitəsinin istismar müddəti |
Əmsallar |
1. |
0-10 il |
1 |
2. |
11-20 il |
1.05 |
3. |
20 ildən artıq müddət |
1.10 |