Azərbaycayda, ilk növbədə Bakı və digər iri şəhərlərdə taksi xidmətinə nəzarət artacaq.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən tapşırıq verib.
Eləcə də bax: Azərbaycana elektriklə işləyən - TAKSİLƏR GƏTİRİLƏCƏK
Taksi səsərrüfatının vəziyyəti ilə maraqlanan dövlət başçısı bu sahədə təhlillərin aparılmasını və xidmətin yüksəldilməsini vacib sayıb: «Mən sizə tapşırıq verirəm ki, bu işləri ciddi təhlil edin. Hər bir şəhərdə nə qədər taksi fəaliyyət göstərir? Taksi avtomaşınlarının keyfiyyəti nə səviyyədədir? Təhlükəsizlik necə təmin edilir, hesablaşma necə aparılır? Biz elə etməliyik ki, bütün şəhərlərimizdə, ilk növbədə, böyük şəhərlərimizdə müasir taksi xidmətləri olsun. Müasir taksi dayanacaqları, sürücülərin hazırlanması, onların tibbi müayinədən keçməsi təşkil olunmalıdır. Hər bir sahədə olduğu kimi, bu sahədə də biz nağd hesablaşmadan kartla hesablaşmaya keçməliyik, taksometrlər quraşdırılmalıdır. Yəni, təkcə Bakıda yox, ilk növbədə, bütün böyük şəhərlərdə və ondan sonrakı mərhələdə digər şəhərlərdə».