Azərbaycanda fəaliyyət göstərən xarici taksi şirkətləri gedişhaqqını artırıb.
Bu gündən “Bolt”, “Uber”, “Yango” taksi şirkətlərində minimal qiymət - 2.50 MANAT OLACAQ
FED.az xəbər verir ki, bundan sonra “Uber”, “Bolt” və “Yanqo” şirkətlərindən taksi sifariş edən sərnişinlər yaxın məsafələrə gedişlər üçün 2 manat 50 qəpik ödəməli olacaqlar.
Qeyd edək ki, əvvələr bu məbləğ 1-1 manat 60 qəpik arasında dəyişirdi.
Sərnişinlər deyirlər ki, qiymət artımı ən çox onlara təsir edəcək. Amma məsələyə normal yanaşanlar da var.
Sürücülər isə iddia edirlər ki, əvvəlki qiymətlər onların xərclərini qarşılamırdı.
Nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, qiymət artımı bu sahədəki xaotik vəziyyətin aradan qaldırılmasına hesablanıb. Onun sözlərinə görə, taksi fəaliyyətində yeni rəqabət mühiti formalaşacaq. Ekspert əlavə edib ki, qiymət artımından sonra ictimai nəqliyyata üz tutanların sayı çoxalacaq. Bu isə avtobuslarda sıxlığı daha da artıracaq.
Taksi şirkətləri bununla bağlı açıqlama verməsələr də, qiymətin artımını təsdiqlədilər. Bildirildi ki, qiymət artımı müqabilində hansısa güzəşt, endirim və ya kampaniyaların olması haqda bir dəyişiklik yoxdur. 3 dəqiqədən artıq gözləməyə görə əlavə ödənişə gəlincə, bu qayda da dəyişməz olaraq qalır. (Xezerxeber.az)