Yeni qaydaların qəbulundan sonra taksi xidməti göstərən sahibkarların qaz balonu ilə işləyən avtomobillərə üstünlük verdikləri deyilir.
Bakıda taksi qiymətləri - BAHALAŞDI - SƏBƏBLƏR
FED.az xəbər verir ki, səbəb kimi isə mavi yanacağın daha sərfəli olması göstərilir.
Bəs belə nəqliyyat vasitələri taksi sürücülərinin özləri üçün də əlverişlidirmi?
Çünki, fikirlərini öyrəndiyimiz sürücülər deyirlər ki, avtomobili qaz sisteminə çevirmək həm maliyyə baxımdan doğru deyil, həm də bu, bir qədər təhlükəlidir.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Musatafayev bildirir ki, qazla işləyən avtomobillər digərlərindən sərfəli hesab olunsa da, təhlükəsizlik sarıdan bəzi riskləri var. Xüsusilə qəza zamanı belə nəqliyyat vasitələrində partlayış ehtimalı yüksək olur.
Ekspertin fikrincə, elektrikli avtomobillərə daha çox üstünlük verilməlidir.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, taksi fəaliyyəti üçün buraxılış kartı almaqdan ötrü avtomobillər ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Standartlara cavab verən bütün nəqliyyat vasitələri taksi kimi istifadə oluna bilər. (Xəzərxəbər)