Taksi fəaliyyəti ilə bağlı yeni qaydaların müəyyənləşdirilməsi bölgələrdəki sürücüləri qane etmir.
Azərbaycanda taksilərlə bağlı yeni tələb avtomobil bazarına necə təsir edəcək?
FED.az xəbər verir ki, Qəbələdə taksi xidməti göstərən bir qrup sürücü yeni qaydalardan narahatdır.
Onlar qeyd edirlər ki, avtomobilləri yeni tələblərə cavab vermir. Yeni avtomobil almağa da imkanları çatmır.
Odur ki, rayonda fəaliyyət göstərən taksi şirkəti və sürücülər yeni qaydalarla bağlı rayonlara fərq qoyulmasını tələb edirlər. Onlar hesab edirlər ki, avtomobil yolları da nəzərə alınmalıdır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, mövcud qanun bütün respublika üçün nəzərdə tutulub. Rayonlar üçün hazırda heç bir istisna yoxdur. (Xezerxeber.az)