Taksi kimi istifadə edilən bir sıra avtomobillərin kütləvi satışa çıxarılması avtomobil bazarında ucuzlaşmaya səbəb olub.
Buraxılışı köhnə avtomobillərin taksidən uzaqlaşdırılması qiymətə təsir edəcəkmi? – ARAŞDIRMA - VİDEO
FED.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Qeyd edilib ki, mart ayında avtomobil bazarında qiymət azalmaları müşahidə olunub. Bu, əvvəlki dövrdə taksi kimi istifadə edilən bir sıra avtomobillərin kütləvi satışa çıxarılması ilə bağlıdır.
Belə ki, dəyəri 10 min manatadək olan avtomobillərin qiyməti mart ayında 7.6 faiz azalıb. Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da, həmin avtomobillərin qiymətində 0.5 faiz artım qeydə alınıb.
Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. (Trend)