Sürücülük vəsiqəsində əks olunan məlumatlar elektron qaydada İcbari Sığorta Bürosunun informasiya sisteminə ötürüləcək.
Eləcə də bax: Azərbaycanda avtomobillər üçün daha bir - MƏCBURİ SIĞORTA BAŞLAYIR - ŞƏRTLƏR
FED.az xəbər verir ki, bu, “İcbari sığortalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Başqa sözlə, müvafiq icra hakimiyyəti orqanı öz elektron informasiya ehtiyatında mövcud olan nəqliyyat vasitəsi üzrə etibarnamədə və sürücülük vəsiqəsində əks olunan məlumatların İcbari Sığorta Bürosunun elektron informasiya sisteminə ötürülməsini təmin etməlidir. (Apa)