Azərbaycanda sürücülük vəsiqəsnin verilməsi qaydasına dəyişikliklər gözlənilir.
FED.az xəbər verir ki, artıq bununla bağlı Dövlət Yol Polisində təkliflər hazırlanır.
Təkliflərdən biri «sınaq mərhələsi» layihəsidir. Təklif olunan dəyişiklik təcrübəsi z sürücülər üçün nəzərdə tutulub.
Nəqliyyat eksperti Elməddin Muradov bildirir ki, yeni sürücülək vəsiqələri ilə bağlı yeni təklif olunan qaydaya görə, belə şəxslərə müəyyən sınaq müddəti verilir.
«Həmin dövrdə sürücü kobud qayda pozuntularına yol verirsə, həmin şəxsin sürücülük hüququ məhdudlaşdırılır və o yenidən imtahana, ən azı sürmə imtahanına və psixoloji müayinəyə cəlb olunur və sair».
Ekspert bildirir ki, bu qayda artıq dünyanın bir çox ölkələri tətbiq edilir: «Bu qaydalar qəbul olunub tətbiq edilərsə, yol hərəkəti təhlükəsizliyi baxımından byöük rol oynayacaq».
Yeni qaydaların tətbiqi əslində sürücülük vəsiqəsi alınması prosesini çətinləşdirəcək, amma rəyi soruşulan sürücülər bu yeniliklərin tətbiqini müsbət qiymətləndirir, bildirilir ki, bu yenilik hərəkətin təhlükəsizliyinə müsbət təsir edəcək: «Sürücülərin əksəriyyəti avtomobili əlində telefon idarə edir, telefonla danışır, mesaj yazır və sair».
Bir sözlə hər vəsiqəsi olana sürücü demək olmaz, buna görə də sürücülük vəsiqəsi almaq istəyənlər daha diqqətli olmalıdırlar.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə bildirir ki, belə bir layihənin Azərbaycanda olması sürücülək bacarıqlarını və məsuliyyətini artıra bilər. Amma paralel olaraq ölkədə olan sürücülük kursları və məketəbləri ilə bağlı ciddi iş aparılmalıdır: Çünki bəzi sürücülük kursları formal fəaliyyət göstərir və burada sürücülük bacarıqları kifayət qədər öyrədilmir".
Hazırda müzakirə mərhələsində olan qaydalara digər əlavələr də gözlənilir. Təkliflər paketini hazırlanmasında digər ölokələrin təcrübəsinə də istinad edilib.