Nazirlər Kabineti "Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 aprel tarixli 145 nömrəli Qərarında dəyişiklik edilməsi barədə" qərar verib.
FED.az xəbər verir ki, qərara əsasən, vəsiqənin daxilində təmassız mübadilə oluna bilən elektron daşıyıcı (çip) yerləşdiriləcək.
Eləcə də bax: Azərbaycanda avtomobillərin texniki baxışı ilə bağlı - DAHA BİR YENİLİK
Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcı (çip) vasitəsilə eyniləşdirilir. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürüləcək.
Apa