Baş nazir Novruz Məmmədov Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında qərar imzalayıb.
FED.az xəbər verir ki, qərara görə, “Sürücülük vəsiqəsinin təsviri”, “Sürücülük vəsiqəsinin spesifikasiyası” və “Sürücülük vəsiqəsinin nümunəsi” təsdiq edilib.
Həmçinin, traktorları və kənd təsərrüfatı texnikası hesab edilən digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini Kənd Təsərrüfatı Nazirliyi Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.
Eləcə də bax: Rusiyada “Mercedes” istehsal olunacaq
©Yeni Sabah