Yaxın vaxtlarda Azərbaycanda nəqliyyat vasitələrini evakuasiya etdirmək istəyən sürücülər üçün yeni mobil tətbiq - “Avto-SOS” istifadəyə veriləcək. Bu startap layihəsinə görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) "SOS Avto" MMC-yə “Startap” şəhadətnaməsi təqdim edib.
Taksi sürücüləri üçün - Test İmtahanı Keçirilib - 7 İLLİK SƏNƏD VERDİLƏR
FED.az xəbər verir ki, “SOS Avto” MMC-nin təsisçisi Hikmət Abdullayev bildirib ki, avtomobilin evakuasiyasına ehtiyac yarandığı zaman həm həmin avtomobilin, həm də evakuatorun sürücüsü müəyyən çətinliklərlə qarşılaşır. Belə ki, bəzi hallarda sifariş qəbul edildikdən sonra tərəflər çətin tapılan küçə və dalanların müəyyən edilməsi üçün bir-biri ilə əlaqə yaratmaq, bəzi məsələləri aydınlaşdırmaq istədikdə buna nail ola bilmirlər. Nəticədə müştəri həm evakuatoru uzun müddət gözləməyə məcbur olur, həm də sifariş etdiyi evakuatorun hərəkət trayektoriyasını izləyə bilmir. “Avto-SOS” mobil tətbiqi isə bu problemləri aradan qaldıracaq. Mobil tətbiq vasitəsilə yanacaq problemi ilə qarşılaşan avtomobillərə yanacağın, eləcə də təkərlərin çatdırılması, sazlanması, yaxud dəyişdirilməsi, güc qaynağı problemi yaranan avtomobillərə akkumulyatorların çatdırılması, yaxud akkumulyatorun yenidən işə salınması xidmətlərinin də təklif edilməsi nəzərdə tutulur.
Sürücülər mobil tətbiqdən istifadəyə görə ödəniş etməyəcəklər. Mobil əlavədən istifadə edən sürücülər hətta bonus da qazana biləcəklər. (Azərbaycan iqtisadiyyatı, teleqram kanalı)