“Gələn ilin əvvələrində Azərbaycan və Çin Sumqayıt Kimya Sənaye Parkında avtomobil şini (təkər) istehsalı zavodunun tikintisinə başlayacaq”.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Eləcə də bax: Naxçıvanda yeni marka avtomobillər və motosikletlər - İSTEHSAL OLUNACAQ
Onun sözlərinə görə, bu ilin sonuna qədər layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq.
Xatrladaq ki, 2017-ci ildə İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Çinin "Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd" (CNEEC) şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Azərbaycanda avtomobil şini istehsalı zavodunun tikintisinə 300 milyon ABŞ dolları investisiya qoyulacağı Layihədə Çin tərəfi 90%, Azərbaycan tərəfi isə 10% paya malik olacaq. Zavodun istehsal gücü ildə 3,3 milyon ədəd təşkil edəcək. Bunun 3 milyon ədədi minik avtomobili, 300 mini isə yük avtomobili üçün istehsal olunacaq.
Report