Yaponiyanın Subaru avtomobil şirkəti özünün Yaponiyadakı yeganə zavodunda istehsalı 2 həftəliyə dayandırdığını elan edib. FED.az xəbər verir ki, bu müəssisə bütün dünyada Subaru istehsalının 60%-ni təmin edir.
Qeyd edilir ki, əslində müəssisə hələ 16 yanvarda işini dayandırıb, amma şirkət bu barədə 1 həftə sonra elan edib. «Asahi» qəzeti yazıb ki, müəssisənin dayanmasına səbəb burada istehsal edilən sükan güclənliricidi defekt olub. Bu sükan güclənlidiricisi «Forester», «Impreza» və «XV» modellərində istifadə edilir. Zavodda daha 6 Subaru modeli buraxılır amma şirkət problemi aradan qaldırmaq üçün bütün modellərin istehalını dayandırmağı qərara alıb.
ELƏCƏ DƏ BAX: Azərbaycanda "avtomat" avtomobillərin istehsalı başlayır - QİYMƏT
«Subaru»dan bildirilib ki, defektli sükanlar yanvarın 16-dan buraxılırmış və bununla əlaqədar olaraq şirkət yeni «Forester», «Impreza» və «XV» modellərinin sahiblərinə müraciət edərək onları dilerlərə müraciət etməyə çağırıblar.
«Asahi»nin məlumatına görə, müəssisənin dayanığı müddətdə 10 min avtomobil buraxılmayıb və nəticədə müştərilərə göndərilən maşınların sayı azalıb. Zavodun 28 yanvarda işə başlaması gözlənilir – şirkət iddia edir ki, defektin səbəbi tapılıb.
Yeri gəlmişkən, müssisənin dayanmasından bir gün əvvəl «Subaru» 2019-cu il üçün planlarını açıqlamışdı. Plana görə, il ərzində Yaponiyada 650 min, dünyada isə 1,03 milyon avtomobilin buraxılması gözlənilir. Bu, 2018-ci illə müqayisədə 1% artıqdır. Ümumilikdə Subaru 2019-cu ildə dünyada 1,08 mln avtomobil satmaq niyyətindədir.
“Subaru” istehsalı dayandırdı – DEFEKT TAPILIB
19:19
23 Yan 2019