Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 32 nəqliyyat vasitəsi satılıb.
Ləğv prosesində olan sığorta şirkətinin avtomobilləri 2 300 manata satıldı - DETALLAR
FED.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərrac rəqabətli keçib.
Belə ki, start qiyməti 7 min manat olan “Mercedes-Benz” markalı mikroavtobus 12 min 500 manata, 2 min 800 manat olan “KamAZ” markalı yük avtomobili isə 9 min manata satılıb.
Cari ay üzrə növbəti hərraclar aprelin 22-si və 24-də keçiriləcək.
Bakı şəhəri üzrə 8 aprel 2025-ci il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı
| № | Balanssaxlayıcı təşkilatın adı | Avtonəqliyyat vasitəsinin markası | Dövlət nömrə nişanı | Buraxılış ili | Hərraca çıxarılan ilkin satış qiyməti (manat) | Yekun satış qiyməti (manat) | Protokol №-si və tarixi | 
| 1 | Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları | 20 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi | Siyahı əlavə olunur | 
 | 53550 | 53550 | 06/25 04.03.2025 | 
| 2 | Azərbaycan Respublikasının Ali Məhkəməsi | Nissan Teana minik | 77 AV 223 | 2007 | 6225 | 6225 | 06/25 04.03.2025 | 
| 3 | Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu | Chevrolet Niva L minik | 10 PK 892 | 2007 | 5250 | 5250 | 06/25 04.03.2025 | 
| 4 | Azərbaycan Respublikası Mədəniyyət nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası | QAZ 3110 minik | 10 ax 554 | 1998 | 500 | 590 | 06/25 04.03.2025 | 
| 5 | Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi | BMW 530İ minik | 10 PA 706 | 2006 | 9000 | 10500 | 06/25 04.03.2025 | 
| 6 | Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi | BMW 530İ minik | 10 PA 759 | 2006 | 9000 | 9500 | 06/25 04.03.2025 | 
| 7 | Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi | Mercedes Benz 3120 Mikroavtobus | 10 PA 764 | 1998 | 7000 | 12500 | 06/25 04.03.2025 | 
| 8 | Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi | QAZ 3110-101 minik | 20 AA 311 | 2003 | 1000 | 1000 | 06/25 04.03.2025 | 
| 9 | Azərbaycan Respublikasının Baş Prokurorluğu | Sobol Xüsusi əməliyyat | 10 AZ 146i/o | 2011 | 4500 | 4500 | 06/25 04.03.2025 | 
| 10 | Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi | Nissan Maxima minik | 10 AO 194i/o | 2002 | 1750 | 1750 | 06/25 04.03.2025 | 
| 11 | Azərbaycan Respublikası "TƏBİB" publik hüquqi şəxsinin tabeliyində "Respublika Neyrocərrahiyyə Xəstəxanası" publik hüquqi şəxsi | Ford xüsusi reanimasiya | 10 JC 490 | 1990 | 2625 | 2625 | 06/25 04.03.2025 | 
| 12 | Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi | QAZ 31105-100 minik | 10 AO 311i/o | 2008 | 1170 | 1200 | 06/25 04.03.2025 | 
| 13 | Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi | KAMAZ 6520 Yük | 99 JR 302 | 2008 | 2800 | 9000 | 06/25 04.03.2025 | 


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








