Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 6 avqust tarixində keçirilən növbəti hərracda avtomobil özəlləşdirilib.
Nazirliklərin avtomobilləri - HƏRRACDA SATILIR - QİYMƏTLƏR
FED.az xəbər verir ki, hərracda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "32 №li Yol İstismarı" MMC-nin balansında olan Tofaş Doğan markalı minik avtomobil özəlləşdirilib. Avtomobilin buraxılış ili 2007-ci ildir.
Qeyd edək ki, avtomobilin ilkin hərrac qiyməti 1 600 manat təşkil edib, yekun satış qiyməti isə 2 376 manat müəyyən edilib.