“Sony” şirkəti “CES-2022” istehlak elektronikası sərgisində premyerası olan ikinci elektrik avtomobili “Vision-S 02”ni təqdim edib.
Eləcə də bax: Yanvarın 1-dən hibrid avtomobillərin idxalı və satışı - ƏDV-dən AZAD EDİLİR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, yapon şirkətinin layihə üzrə tərəfdaşları avtomobilin platformasını və dizaynını hazırlayan “Magna Steyr”, eləcə də onu komponentlərlə təmin edən “Bosch”, “Continental”, “Qualcomm”, “Nvidia” və “ZF” olub.
Krossoverin ölçüləri aşağıdakı kimidir: uzunluğu – 4895 mm, eni – 1930 mm, hündürlüyü – 1651 mm. Avtomobil hər biri 272 at gücündə olan iki mühərriklə təchiz olunub, yəni sistemin pik gücü 544 at gücü təşkil edir.
Səs və jestlə idarə olunan media sistemində 5G bağlantısı var. Elektrikli avtomobilə uzaqdan qoşulma və digər yeni funksiyalar quraşdırılıb. Artıq aydındır ki, “Sony” nəqliyyat seqmentinin inkişafına ciddi yanaşır. Bununla belə, onun avtomobil modellərinin meydana çıxmasının dəqiq vaxtı hələ qeyd olunmayıb.