Avto

“SOCAR Petroleum” sürücülər üçün - YENİ XİDMƏT TƏQDİM EDİB

“SOCAR Petroleum” sürücülər üçün - YENİ XİDMƏT TƏQDİM EDİB | FED.az
14:01 6 İyul 2019

“SOCAR Petroleum” QSC yeni xidmət növünü təqdim edib.
FED.az-a şirkətdən verilən məlumata görə, QSC-yə məxsus Mərdəkan-Qala yol ayrıcının cənub-qərb hissəsində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsində “Ekspres Kafe” fəaliyyətə başlayıb.

“Kafenin yeniliyi və üstünlüyü odur ki, Azərbaycanda ilk dəfə olaraq yanacaq doldurma məntəqəsində müştəri avtomobildən enmədən xüsusi ayrılmış planşet vasitəsilə onlayn formada sərinləşdirici içkilər, “fast fud” və menyuda olan digər məhsulları sifariş edə bilir. Yaradılmış ekspres kafe geniş çeşidli, keyfiyyətli qida məhsulları ilə yaxın gələcəkdə digər SOCAR yanacaqdoldurma məntəqələrini də əhatə edəcək”,- məlumatda qeyd edilib. 

Digər xəbərlər