“Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf dedikdə iqtisadiyyatın gələcək inkişafı və ətraf mühitlə bağlı məsələlər nəzərdə tutulur. Əsas ətraf mühitə təsir edə biləcək sektorlar üzrə müxtəlif hesabatlar veririk. Məsələn, energetika sektoru üzrə”.
Eləcə də bax: Azərbaycanda bu avtomobillərin qiyməti - UCUZLAŞIB
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib. Onun sözlərinə görə, bərpa olunan enerjidən istifadə artmaqdadır:
“İkincisi avtomobil nəqliyyatı sektorudur. Burada atmosferin çirklənməsinə və iqlim dəyişikliklərinə səbəb olan təsirlər var. Elektromobillərin və hibrid avtomobillərin alınması üçün bir neçə sənəd hazırlanıb. 2019-cu ildən elektromobillərin və hibrid avtomobillərin idxalında güzəştlər tətbiq olunurdusa, artıq onların satışında da bu cür güzəştlər tətbiq olunur”. (Apa)