Siyahıdan məlumdur ki, sığorta şirkətlərinin sədrlərinin xidməti avtomobilləri heç də bank rəhbərlərinin xidməti avtomobillərindən geri qalmır. Siyahıya nəzər yetirsək görərik ki, ən bahalı xidməti avtomobillər “Günay Sığorta”, “Xalq Sığorta”, “Atəşah Sığorta”, “PAŞA Sığorta” və “A-Group” sığorta şirkətinə məxsusdur. Bu avtomobillərin bazar qiyməti istehsal tarixindən asılı olaraq təxminən 60-130 min manat arasında dəyişir.
Maraqlısı odur ki, ən yaxşı xidməti avtomobillər bazarın ən yaxşı sığorta şirkətlərinə məxsusdur. Bir sözlə bu avtomobillər şirkətlərin adına layiq avtomobillərdir.
Qeyd edək ki, ən acınacaqlı vəziyyət isə “Rəvan sığorta” şirkətindədir. Vaxı ilə normal yığımlara malik olan bu şirkətin İdarə Heyəti sədrinin xidməti avtomobili yoxdur.
Avtomobillərin markası ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.
Şikətin adı | İdarə Heyətinin sədri | Xidməti avtomobilin markası | istehsal tarixi / rəngi |
Qala Həyat | Azər Əlizadə | Mercedes E-Class | 2011-qara |
Günay Sığorta | Vüqar Babakişiyev | Mercedes Galendwagen 5.5 AMG | 2015-qara |
AXA MBASK | Selçuk Adığüzel | KIA Sorento | 2013-qara |
Atəşgah Sığorta | Əliyev Azər Allahverdi | BMW 740 | 2010-ağ |
Atəşgah Həyat | Əliyev Azər Əmiraslan | Hyundai Sonata | 2010-ağ |
PAŞA Sığorta | Ülviyyə Cabbarova | Lexus 350 | 2014-ağ |
A-Group | Anar Bayramov | Audi A7 | 2016-qara |
Azərsığorta | Məmməd Məmmədov | BMW 750 | 2013-qara |
Bakı Sığorta | Ramin Məmmədov | Honda Accord | 2012-qara |
PAŞA Həyat | Niyaz İsmayılov | Lexus 350 | 2015-ağ |
Azərbaycan Sənaye Sığorta | Kamran Babayev | Nissan Teana | 2012-qara |
Xalq Sığorta | Roman Qurbanov | Lexus LX 570 | 2013-qara |
Ata Sığorta | Müseyib Əliyev | Toyota Avalon | qara |
Meqa Sığorta | Sevinc Gülmalıyeva | GMC Terrain | 2013-qara |
Standard Insurance | Kamran Babayev | Mitsubishi Pajero | qara |
Əmrah Sığorta | Emil Eğayev | KİA Sportage | 2014-qara |
Rəvan Sığorta | Fərhad Aslanov | yoxdur | yoxdur |
AzSığorta | Anar Talıbov | - | - |
Qala Sığorta | Fuad Allahverdiyev | - | - |
İpək Yolu Sığorta | - | - | - |
Naxçıcan Sığorta | - | - | - |
- “AzSığorta” şirkətindən məlumat əldə etmək mümkün olmayıb.