Çinin Geely şirkətinin avtomobil satışları bu ilin sentyabr ayında 103,93 min ədəd təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18% azdır.
FED.az xəbər verir ki, bu barədə şirkətin bazar ertəsi açıqladığı hesabatda deyilir.
İllik göstəricilərin azalmasına baxmayaraq, sentyabr ayı göstəricisi avqustda qeydə alınan göstəricidən 18% çoxdur.
Hesabatda qeyd edilib ki, COVID-19 pandemiyası və qlobal tədarükün pozulması, sentyabr ayında illik dinamikanın mənfi dinamikasına səbəb olub.
Eyni zamanda, hibrid və elektrikli Geely vasitlərinin satış həcmi 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 83% artaraq 11,17 min ədədi keçib.
Cari ilin yanvar-sentyabr aylarında (9 ayda) Geely avtomobillərinin ümumi satış həcmi illik ifadədə 5% artımla 921,79 min ədəd təşkil edib.
2025-ci ilə qədər Geely Çin avtomobil markaları arasında ölkə bazarında lider mövqe tutmağı və illik satışını 3.65 milyon ədədə çatdırmağı planlaşdırır. O vaxta qədər elektrikli avtomobillər ümumi satışın təxminən 30%-ni təşkil etməlidir.
Bu ilin iyun ayının əvvəlində Geely-nin elektromobil istehsal etmək üçün ayrı bir şirkət qurduğu açıqlanıb. (Marja)