Pekin, Boston, London və Moskava sakinlərinin 91%-i ictimai nəqliyyatdan istifadə etmək üçün şəxsi avtomobildən imtina etmək niyyətində deyil.
Bakıda bir neçə şəhər mərkəzi yaradılacaq - SİYAHI, YERLƏR
FED.az xəbər veir ki, bu barədə «BCG» şirkətinin «Meqapolislərdə nəqliyyat problemləri» adlı araşdırmasında məlum olub. Araşdırma zamanı şəhər sakinlərinin nəqliyyat adətlərini müəyyən etmək üçün 2 min nəfər arasında sorğu keçirilib.
«Son 12 ayda sizin şəxsi avtomobilə sahib olmaq arzunuz necə dəyişib?» sualına rəyi soruşulanların 91%-i yenə əvvəlki kimi avtomobil sahibi olmaq istədiklərini bildiriblər. 41% bildirib ki, bu arzu daha da artıb, 50% isə arzunun dəyişmsəz qaldığını bildirib. Yalnız 9% bildirib ki, şəxsi avtomobil almaq arzusu azalıb.
Şirkətin hesablamalarına görə, 2030-cu ildə meqapolislərdə 750 milyon nəfər yaşayacaq. Bu, indiki ilə müqayisədə 30% artıqdır. Şirkət bildirir ki, şəhərdə hərəkət bazarında çoxsaylı oyunçular rəqabət aparır və sakinlər çorsaylı təkliflər arasından seçim edə bilərlər. «Belə vəziyyətdə şəhər rəhbərləri qayda yaratmalıdırlar. Amma ilk növbədə məlum olmalıdır ki, istifadəçilər şəhər nəqliyyatından nə istəyirlər»-deyə şirkətdən bildirilir.
Şəhər sakinlərinin 53%-i bildirib ki, onlar üçün vacib məsələ işə və ya əyləncəyə tez çatmaqdır. 48% sərt qrafikə bağlı olmamağı istəyir, 47% isə şəhər nəqliyyatının ekoloji cəhətdən təmiz olmasını vaxib sayır. Rəyi soruşulanların əksəriyyəti nəqliyyatda gediş haqqını və komfortu ikinci dərəcəli məsələ sayıblar.