FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-may aylarında Azərbaycanda 130 ədəd minik avtomobili istehsal edilib. Bu ötən ilin anoloji dövrü ilə müqayisədə 6,2 dəfə çoxdur.
2018-ci ilin yanvar-aprel aylarında da Azərbaycanda 130 ədəd minik avtomobili istehsal edilmişdi. Belə çıxır ki, Mayda Azərbaycanda minik avtomobili istehsal edilməyib.
2018-ci ilin yanvar-mart aylarında 59 ədəd, Apel ayında isə 71 ədəd minik avtomobili istehsal edilmişdi.
2017-ci ilin İyul ayından bəri istehsalın dayandığı Naxçıvan Avtomobil Zavodunda (NAZ-Lifan) 2018-ci ilin Mart ayında montajı bərpa etmişdi. Həmçinin Martda Neftçala Avtomobil Zavodu (Khazar) işə düşüb. Hər iki zavod Mayda avtomobil yığmayıb.
01.06.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 110 ədəd təşkil edib. Bu avtomobillərin satılmadığına işarədir.