ABŞ-da bir neçə stadion tələb olunmayan avtomobillər ilə doldurulub: bunlar Yaponiyadan gətirilən, lakin dilerlərə, habelə kirayə və karşərinq (avtomobil paylaşma) şirkətlərinə göndərilməyən yeni Toyota avtomobilləridir.
Eləcə də bax: "Nissan" Rusiyadakı zavodlarında istehsalı - BƏRPA EDİR
FED.az xəbər verir ki, Los Angeles Times qəzeti yeni avtomobillər Kaliforniyanın müxtəlif idman meydançalarına aparılırlar. Bunlara misal olaraq, nəhəng dayanacağa çevrilmiş Dodger və Angel stadionlarını, həmçinin Santa Anita Racecourse ippodromunu göstərmək olar.
Koronavirus pandemiyası səbəbindən bütün idman tədbirləri ləğv olunduğu üçün stadionların özləri də istifadəsiz qalıblar. Satılmamış Toyota avtomobillərinə gəldikdə isə , onları su nəqliyyatı vasitəsi ilə Lonq Biç limanına gətiriblər, lakin böhran səbəbindən limandakı anbarların dolu olması, yapon avtomobil istehsalçısını boş stadionları və yaxınlıqdakı dayanacaqları icarəyə götürməyə məcbur edib.
Əvvəllər oxşar vəziyyətlə Nissan şirkəti də qarşılaşıb. Los Ancelesə iki min yeni Nissan və Infiniti avtomobillərini gətirən yük gəmisi limanın həddindən artıq dolu olması səbəbindən, bir həftəyə yaxın dənizdə gözləməli olub.