Məlum olduğu kimi, ötən gündən yağan yağış paytaxtın Sabunçu qəsəbəsində ciddi fəsadlara yol açıb.
Ötən il adamların boğulub öldüyü keçidi - YENƏ SU BASDI - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən vəziyyət daha da ciddiləşib. Bu haqda vətəndaşlar sosial şəbəkələrdə görüntülər paylaşırlar.
Videolardan maşınların su altında qaldığı, ərazidə istər piyada, istərsə də avtomobillə hərəkətin mümkünsüz olduğu görünür.
Qeyd edək ki, dünəndən Sabunçu dəmiryol vağzalının ərazisi və ətraf yollar su altında qalıb. Sabunçu keçidində (tunelində) növbəti dəfə subasma qeydə alınıb, orada nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb.











