2025-ci ilin fevral ayında Rusiyada 78 040 yeni minik avtomobili satılıb ki, bu da bir ilin eyni ayı ilə müqayisədə 24,9% azdır.
Azərbaycanda elektromobillərin sayı - MƏLUM OLDU
FED.az xəbər verir ki, bu məlumatları “Avtostat” agentliyi təqdim edib.
Lada brendi əhəmiyyətli fərqlə brendlər arasında liderliyini qoruyub saxlayır. Fevralda onun payı ümumi həcmin 31%-ni və ya satılan 24 573 avtomobil təşkil edib.
Xarici brendlər arasında 1-ci yeri Haval tutub. Fevralda 9570 ədəd Haval avtomobili satılıb.
Üçüncü yerdə Chery-dir (8 389 ədəd), ondan sonra daha üç çinli var: Geely (5 101 ədəd), Changan (4 424 ədəd) və Omoda (2 040 ədəd).
Yeddinci yeri 2001 avtomobillə Belarusda istehsal olunan Belgee tutub (Belarus dövləti və Çin avtomobil istehsalçısı Geely tərəfindən idarə olunur). İlk 10-luğa həmçinin Jetour (1770 ədəd), Jaecoo (1627 ədəd) və Exeed (1442 ədəd) daxildir.
Agentlik əlavə edib ki, 2025-ci ilin cəmi iki ayında Rusiyada 167 112 yeni minik avtomobili satılıb ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 9,3% azdır. (Marja)