Rusiyalı sürücülərin 60%-dən çoxu gələcəkdə «Moskviç»in yeni versiyasınını almağa hazırdır.
Eləcə də bax: Moskvadakı keçmiş "Renault" zavodunun adı - "Moskviç" OLDU
FED.az xəbər verir ki, bu barədə «Romir» araşdırma Holdinqinin OTASS üçün apardığı araşdırmada deyilir.
«Hər iki sürücüdən biri «Moskviç»in qayıtmasına müsbət yanaşır» – deyə tədqiqatda bildirilir. 65% isə gələcəkdə «Moskviç»i almağa hazırdırlar.
Onların əksəriyyəti qiymətə önəm verirlər. Belə ki, rəyi soruşulanların 49%-i bildirib ki, «Moskviç» öz analoqlarından ucuz olsa, onu alacaqlar. 47% o vaxt alacaq ki, «Moskviç» xarici markanın adaptasiya olunan versiyası olsun. Hər 5 nəfərdən biri «Moskviç»i ona görə almağa hazırdır ki, ölkə iqtisadiyyatına dəstək versin. 5% isə bu markanı ona görə almaq istəyər ki, əvvəllər onu görüb.
Sorğuda 718 nəfər iştirak edib, bu zaman əhalisinin sayı 1 milonu keçən şəhərlərdə yaşı 18-dən yuxarı vətəndaşların rəyi soruşulub.
Araşdırma göstərib ki, «Moskviç»in «dirilməsi»nə 46% müsbət baxır. 30% üçün fərqi yoxdur, 24% isə bu ideyanı mənfi qiymətləndirir.
Marka ilə bağlı ən yaxşı fikirdə olan Moskva sakinləridir. Paytaxtda 25% tamamilə dəstəkləyib, regionlarda isə bu göstərici 17% olub.
«Moskviç»lə bağlı yaxşı fikirləri ən çox yaşıü 65-70 arasında olanlar səsləndirib – 57%. Ən az müsbət fikir söyləyənlər (40%) isə 18-30 yaşlılardır.
"İndi ruslar əksər hallarda iqtisadi vəziyyətə uyğunlaşıblar. Onlar idxalın əvəzlənməsi ilə bağlı kifayət qədər nikbindirlər. Əfsanəvi brendin qayıdışına gəldikdə isə nostalji hisslər də işləyir. Baxmayaraq ki, "Moskviç" lüks brend deyildi. Sovet dövründə o, etibarlı və dözümlü avtomobil kimi şöhrət qazanıb. Təəccüblü deyil ki, “Moskviç”in qaytarılmasını müsbət qiymətləndirənlərin əksəriyyəti yaşlı insanlardır”, - “Romir” holdinqinin prezidenti Andrey Milexin nəticələri şərh edib.
Bundan əvvəl Moskva meri Sergey Sobyanin bildirmişdi ki, Moskvanın mülkiyyətinə keçən "Renault Russia" zavodu “Moskviç” brendi altında avtomobillər istehsal edəcək. Eyni zamanda zavodda köhnə “Moskviç”lərin istehsalı nəzərdə tutulmayıb, söhbət sırf yeni modellərdən gedir.
Birinci mərhələdə daxiliyanma mühərrikli avtomobillərin, gələcəkdə isə elektromobillərin istehsalına başlanılacaq. Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi bu il keçmiş "Renault Rusiya" zavodunda "Moskviç" brendi altında avtomobilin buraxılmasını gözləyir. Eyni zamanda, Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov layihəyə çinli tərəfdaşların daxil ola biləcəyi barədə məlumat verib, lakin o, hansı şirkətlərdən bəhs etdiyini açıqlamayıb. İyunun 6-da zavod rəsmi olaraq "Moskviç" adlandırıldıb.