Avto

Rusiyadan Azərbaycana gətirilən avtomobillərin sayı – AÇIQLANDI

Rusiyadan Azərbaycana gətirilən avtomobillərin sayı – AÇIQLANDI | FED.az
21:53 7 Yan 2019

Keçən ilin yanvar-noyabr aylarında Rusiyadan Azərbaycana 2,4 min ədəd minik avtomobili gətirilib.
 
FED.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu, Rusiyanın xarici ölkələrə ixrac etdiyi avtomobillərin 9,2 faizini təşkil edir.
 
ELƏCƏ DƏ BAX: Klassik avtomobillər – SERTİFİKATLAŞDIRILACAQ 
 
Rusiya keçən ilin 11 ayı ərzində 26 min minik avtomobili ixrac edib. Ən çox minik avtomobilinin ixrac olunduğu ölkə Çexiyadır. Bu ölkəyə 6,3 min ədəd minik avtomobili satılıb. İkinci yerdə 3,8 min ədəd minik avtomobili ixrac edilmiş Ukrayna, üçüncü yerdə isə 3,1 min ədəd minik avtomobili ilə Özbəkistan gəlir. Dördüncü yerdə 2,9 min ədəd minik avtomobilinin ixrac edildiyi Latviya, dördüncü yerdə isə 2,4 min avtomobilin gətirildiyi Azərbaycan gəlir.
 

Digər xəbərlər