Ötən il Rusiyada yeni minik və yüngül ticarət avtomobillərinin satışı 2021-ci illə müqayisədə təxminən 59 faiz azalaraq 687 min ədəd təşkil edib. Dekabr ayında isə satışlar 50 faiz azalaraq 64 min ədədə enib.
Britaniyada yeni avtomobil satışı 30 ilin - Ən Aşağı Həddinə Enib
FED.az xəbər verir ki, bu rəqəmləri Avropa Biznesləri Assosiasiyasının mətbuat konfransında avtomobil istehsalçıları komitəsinin sədri Aleksey Kalitsev səsləndirib.
Assosiasiyanın məlumatına əsasən, 2022-ci ildə Rusiyada ən populyar avtomobil markalarından olan “Lada” 188,6 min ədəd (2021-ci illə müqayisədə 46 faiz azalma), “Kia” 66 min ədəd (-68 faiz) “Hyundai” 54,8 min ədəd (-67 faiz), “Chery” 38,4 min ədəd (+4 faiz) və “Renault” 39,5 min ədəd (-70 faiz) satılıb.
Aleksey Kalitsev 2023-cü ildə Rusiyanın avtomobil bazarında satışların 12 faiz artacağını bildirib. Onun sözlərinə görə, ölkədə Çin istehsalı olan avtomobillərin payının daha da çoxalacağı proqnozlaşdırılır. Həmçinin bu il yerli bazara 5-7 yeni avtomobil markası daxil ola bilər. (Azərtac)