"Bankavto" ekspertlərinin araşdırmasına görə, Rusiyada məşhur brendlərin işlənmiş avtomobillərinin qiymətləri iki həftə ərzində 15-32% artıb.
Eləcə də bax: "BMW" və "Volkswagen" Avropadakı zavodlarını - DAYANDIRIR
FED.az xəbər verir ki, Mercedes-Benz və BMW avtomobillərinin orta qiyməti 32%, Toyota-nın qiyməti isə 28% artıb.
Nissan və Kia avtomobilləri 25%, Volkswagen isə təxminən 24% bahalaşıb. Qiymətlər Hyundai-də 21%, Ford-da 18%, Lada-da 15% artıb.
Ən populyar 10 avtomobilin siyahısı:
Mercedes-Benz (orta qiymət - 4,52 milyon rubl, artım + 32%);
BMW - (3,49 milyon rubl, + 32%);
Toyota - (2,91 milyon rubl, + 28%);
Nissan - (1,45 milyon rubl, + 25%);
Kia - (1,55 milyon rubl, + 24%);
Skoda - (1,43 milyon rubl, + 24%);
Volkswagen - (1,67 milyon rubl, + 24%);
Hyundai - (1,45 milyon rubl, + 21%);
Ford — (1,12 milyon rubl, + 18%);
Lada - (388 min rubl, + 15%).
Bundan əvvəl bir sıra beynəlxalq avtomobil istehsalçıları Rusiyada fəaliyyətini dayandırıb. Qərar Ukraynada fevralın 24-dən davam edən hərbi əməliyyatın başlaması fonunda qəbul edilib. (Marja)