Rusiyaya qarşı tətbiq edilən sanksiyalar iqtisadiyyatın ən gözlənilməz sahəsinə də təsirini göstərib.
Eləcə də bax: Azərbaycanda avtomobillər - BAHALAŞDI
FED.az xəbər verir ki, ölkədə qəzalı avtomobillərin təmiri üçün avtomobil boyası qıtlığı yaranıb. Artıq iki aydan sonra servislərdə boya ehtiyatının bitəcəyi gözlənilir.
Buna səbəb avtomobil boya təchizatçılarının ölkədən çıxıb getməsidir.
Bəzi şirkətlərdə isə logistika zənciri qırılıb. Nəticədə ekspertlər və servislərin özü ölkədə artıq iki aydan sonra avtomobil təmiri üçün boyaların qıtlığını gözləyirlər.
Məsələ bundadır ki, həmni boyaların əksəriyyəti Rusiyada istehsal olunmur. «Fit Service» servisinin rəhbəri Yaroslas Kukarin bildirib ki, «3M» brendi Rusiyaya boya ixracını dayandırıb, indi anbarlarda axırınca partiyalar istifadə olunur. Məşhur «Quickline» şirkəti də özünün bütün çeşidləri ilə bazarı tərk edib.
Avtoservislər üçün əsas zərbə o olub ki, 3 əsas istehsalçı – «PPG», «Basf» və «AkzoNobel» şirkətləri bazarı tərk edib. Nəticədə artıq avqustda Rusiyadakı avtoservislər boya qıtlığını hiss edəcəklər - anbarlardakı ehtiyatlar cəmi 2 aya kifayət edir.
Doğrudur, Çin boya istehsalçıları bazarı təmin etməyə çalışırlar, amma onların boyalarının keyfiyyəti aşağı, çeşidi isə aşağıdır. Türkiyədən də boya göndəriləcəyi gözlənilir. Rusiyanın öz boya istehsalı isə yalnız 2-3 ilə təşkil oluna bilər.
Yeri gəlmişkən, Rusiyada yaranan vəziyyət Azərbaycanın boya istehsalçıları üçün də yeni imkanlar deməkdir. Keyfiyyətli boya istehsalçıları Rusiya bazarına daxil ola bilərlər.