“Opel” bu il Rusiyada avtomobil modellərinin növünü 2-dən 6-ya çatdıracaq.
FED.az xəbər verir ki, bu barədə “Opel” brendinin Rusiyadakı icraçı direktoru Aleksay Volodin deyib. O bildirib ki, bu il Rusiyanın Kaluqa şəhərindəki konserndə “Zafira Life” minivenləri və “Grandland X” krossoverləri ilə yanaşı, “Vivaro” furqonları və daha 3 model istehsal olunacaq.
Eləcə də bax: Maşın bazarında qiymətlər bahalaşdı - "KİA RİO 17 MİN, "OPEL ASTRA" 12 MİN - VİDEO
Bundan əlavə, “Opel” markalı avtomobillərin orta və baza komplektləşməsi tətbiq edildikcə, onların qiyməti də aşağı düşəcək.
Azərtac