Rusiya 2020-ci ildən elektrokarların istehsalına başlayacaq.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət Naziri Denis Manturov yerli mediaya açıqlaması zamanı bildirib. O qeyd edib ki, avtomobillərin sertifikatlaşması yekun mərhələdədir.
Eləcə də bax:Tesla yeni pikapını təqdim etdi - BAHA DEYİL
Rusiyanın ilk elektrokarı “Zetta”nın istehsalına 2020-ci ilin 1-ci rübündə başlayacaq.
Qeyd edək ki, Rusiya elektrokarının unikallığı universal enerjiyə qənaət edən dartma elektrik mühərrikindən ibarət olmasıdır.
Avtomobil Tolyattidəki zavodda istehsal olunacaq. Maşının maksimal sürəti saatda 120 kilometr olacağı bildirirlir. Avtomobillərin qiymətinin 450 min rubldan(7 063 dollar və ya 11 982 manat) başlayan qiymətlərlə təklif olunacaq.