Rusiyanın Elabuq şəhərindəki «Ford Sollers» zavodunda «premium» sinifə məxsus olan ilk avtomobili «Aurus»ların istehsalına başlanılıb.
FED.az xəbər verir ki, ilk avtomobillər ratıq iyunda sifarişçilərinə çatdırılacaq. Zavodun işə düşmə mərasimində Rusiya prezidenti Vladimir Putin də iştirak edib, yeri gəlmişkən, hazırda Rusiya dövlət başçısı bu avtomobillə hərəkət edir.
Dövlətin yüksək rəsmiləri və biznes nümayəndələri üçün nəzərdə tutulan «Aurus» markası üzərində işlər 2012-ci ildən başlayıb. Bu layihəyə 12 milyard rubl və ya 160 milyon dollar xərclənib.
İlk model – «Aurus Senate» limuzini 2018-ci ildə istehsal edilib və dövlət başçısına verilib. İlkin olaraq bu avtomobillərin baza komplektasiyada qiymətinin 6-7 milyon rubl, yəni 80-100 mirn dollar olacağı gözlənilirdi. Amma 2021-ci ilin əvvəlinədək qiymətlər 3 dəfəyədək artıb və 22 milyon rubl v ya 295 min dollara çatıb. Gələcəkdə bu avtomobillərin nisbətən ucuz - 18 milyon rubl (240 min dollar) qiymətə olan modellərinin buraxılması nəzərdə tutulub.
Hərçənd rusiyanın öz avtomobil ekspertləri «Aurus»un satış perspektivlərinə şübhə ilə yanaşırlar. Onların fikrincə «Aurus»lar keyfiyət və opsiyalarına görə, eyni qiymət sinfində olan avtomobillərdən xeyli geri qalır.