Rusiyanın sənaye və ticarət naziri Denis Manturov yerli avtomobil şirkətlərinin Türkiyə ilə ehtiyat hissələri ticarətində dollardan imtina etdiklərini açıqlayıb.
FED.az xəbər verir ki, Manturov istehsalçıların ticarətdə yerli valyutalara keçdiyini deyib:
“Lakin istehsalçılarımızın sayı çoxdur. Bir ay əvvəl aparılan danışıqlara görə, istehsalçılarımız ticari əməliyyatları tezliklə yerli valyutalarda aparacaqlar.
Türk istehsalçıları artıq ticarətdə yerli valyutaya keçiblər. Lirə və rublun məzənnəsi zəifləyib. Bu baxımdan, ticarətdə yerli valyutaya keçid bizim üçün rahat olacaq”.