Xaricdən avtomobil alıb ölkəmizə gətirən şəxslər ödəniş və maliyyə məsələlərini lazımi qaydada həll etsələr həmin avtomobillər gömrük rüsumu hesablanması ilə bağlı heç bir problem yaranmayacaq.
Bunu FED.az-ın sualına cavab olaraq Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev bildirib.
Xatırladaq ki, bəzi avtomobil istifadəçiləri şikayətlənirlər ki, gömrükdə avtomobillərin rəsmiləşdirilməsi zamanı ona rüsum hesablanarkən avtomobilin xaricdən alınma qiyməti deyil, Azərbaycandakı, yerli bazardakı qiyməti əsas götürüür. Bu da hesablanan gömrük rüsumunun artmasına səbəb olur.
Gömrük Komitəsinin sədri Səfər Mehtiyev bildirir ki, gömrük qanunvericiliyinə görə, ölkəyə gətirilən malları, o cümlədən avtomobilləri bir neçə üsulla qiymətləndirmək olar.
«Tarif haqqında» qanunda deyilir ki, ölkəyə gətirlən avtomobilin dəyərləndirilməsi üçün birinci üsul sövdələşmədir. Yəni bu nəqliyyat vasitəsi Gürcıstandan alınıbsa, rəsmi fakturası varsa, pul rəsmi ödənilibsə, buyursun gətirsin. Və bu zaman birinci üsul tətbiq ediləcək – yəni müqavilədəki qiymət əsas götürüləcək.
Amma əgər rəsmi faktura yoxdursa, invoys, müqaviləsi yoxdursa, və əvəzində bazardan bir faktura və ya çek alıb gəlirsə, o halda bu avtomobil fərqli üsulla qiymətləndirilir».
Başqa sözlə, Gömrük Komitəsi sədrinin sözlərinə görə, ölkəyə gətirilən avtomobil birinci üsulla yalnız o vaxt qiymətləndirilə bilər ki, avtomobili gətirən şəxs avtomobilin alqı-satqısı barədə müqaviləni, ödəniş üsün valyuta köçürülməsi sənədlərini təqdim etməlidir. Bu zaman həmin avtomobilin sığorta xərcləri və gömrük məntəqəsinədək haqsı üsulla gətirildiyi, yəni hansısa avtombillə, yoxsa sürülərək gətirildiyi də nəzərə alınır. Belə olanda sistem özü bunu 1-ci üsulla qiymətləndirir.
Bütün bunlar olmadıqda, isə avtomobilo ikinci üsul – dəyərin çıxılması üsulu ilə qiymətləndirilir: «Bütün bu göstəricilər olmayanda biz də qanun çərçivəsində dəyərin çıxılma qaydasının tətbiq edirik. Bazarda olan o model, o ilin nəqliyyat vasitəsinin bazardakı minimum qiyməti nədirsə gömrük olaraq o məbləği tətbiq edirik».
Səfər Mehtiyev bildirir ki, avtomobili gətirən şəxs nəqliyyat vasitəsini neçəyə alıbsa, normal orijinal kontraktı və valyutasına dair köçürdüyü sənədi təqdim etməlidir: «Dünyanın hər bir yerində bu belədir». -deyə Səfər Mehdiyev bildirib.
«Bu göstərilən üsulla, yəni tamamilə rəsmi olaraq xaricdən avtomobil ən aşağı qiymətə alınsa da, gömrük onu həmin qiymətə rəsmiləşdirəcəkmi?» sualına gömrük rəsmisi «Bəli bu formada rəsmiləşdirsə mümkündür» cavabını verib.