Fransanın “Renault” avtokonsernin Rusiyadakı törəməsi “Reno Rossiya” QSC Moskvada avtomobil zavodunda seriya istehsalına başlayandan sonra “Arkana” kupeşəkilli krossosverin MDB ölkələrinə ixracına start verib.
FED.az xəbər verir ki, şirkətin mətbuat xidmətinin məlumatına görə, yayda 700-dən çox avtomobil Belarus, Azərbaycan, Ermənistan və Qırğızıstan bazarlarına tədarük olunub.
Eləcə də bax: Azərbaycana gətirilən avtomobillərin sayı - ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ ARTIB
Sentyabrın əvvəlində Qazaxıstanda yeni modelin satışa çıxarılması ixrac strategiyasının son mərhələsi oldu. Yaxın zamanda Monqolustanda maşının satışına başlanması planlaşdırılır.
İnterfaks-Azərbaycan