“Xiaomi” son bir neçə ildir ki, elektrik avtomobili üzərində işləyir. Çin markasının avtomobil sənayesinə necə təsir edəcəyi ilə bağlı böyük maraq var. Ən son məlumatlara görə, ilk “Xiaomi” markalı avtomobilin qiymət araşdırmaları tamamlanıb.
Azərbaycanda “Tesla” avtomobillərinin sayı - AÇIQLANIB
FED.az xəbər verir ki, “Xiaomi” avtomobilinin qiymətinin müəyyən edilməsi prosesi başa çatsa da, şirkətə yaxın mənbə dəqiq rəqəm açıqlamayıb. Bununla belə, maraqla gözlənilən avtomobilin 150.000 yuan, yəni 20.700 dollar civarında başlanğıc qiyməti ilə təklif ediləcəyi barədə məlumatlar ortaya çıxıb.
Müqayisə üçün xatırladaq ki, “Tesla Model 3” Çində 35 000 dollardan başlayan qiymətlə satılırdı. Bu məlumat doğru olarsa, “Xiaomi”nin elektrik avtomobili bazarda ən sərfəli modellərdən biri olacaq. Avtomobilin 2024-cü ilin ilk yarısında təqdim ediləcəyi gözlənilir. (Trend)