Yaponiyanın avtomobil istehsalçısı "Toyota Motor" korporasiyası ölkədə avtomobil komponentlərinin, xüsusən də hesablama çiplərinin çatışmazlığı səbəbindən 11 zavodun fəaliyyətini dayandırıb.
Eləcə də bax: “Toyota” ilk dəfə “General Motors”u - QABAQLADI
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
İstehsalın cümə, şənbə və bazar ertəsi dayandırılacağı bildirilir.
Daha əvvəl "Toyota" fevralda planlaşdırılan analoji addımları atılacağını açıqlamışdı. Bununla belə, fevral ayında istehsalın dayandırılması şirkətin ölkədəki 14 zavodundan 8-də, o cümlədən "Prius" hibridləri və "Lexus" lüks avtomobilləri üçün xətlərdə baş verəcək.
Beləliklə, istehsal qrafikindəki son dəyişikliklər nəzərə alınmaqla, yanvarda "Toyota" avtomobillərinin istehsalı 47 min avtomobil azalacaq. Ümumilikdə, martda başa çatacaq cari maliyyə ilində şirkət nəzərdə tutulandan 9 mln. vahid az avtomobil istehsal edəcək.
Bu arada, komponentlərin çatışmazlığı zavodların işinin dayandırılmasının yeganə səbəbi deyil. İşçilər arasında COVID-19 virusunun yayılması da buna səbəb olub.