Toyota Motor, Panasonic şirkətilə əməkdaşlıq edərək ABŞ-ın Şimali Karolina ştatında batareya zavodu tikməyə hazırlaşır.
Eləcə də bax: “Toyota” ilk elektromobilinin satışına - BAŞLAYACAQ
FED.az xəbər verir ki, Bloomberg-in mövzuya yaxın mənbələrə istinadən yaydığı xəbərə görə, avtomobil istehsalçısı Toyota elektrikli vasitə istehsalını sürətləndirmək səyləri çərçivəsində ABŞ-da milyardlarla dollarlıq sərmayə yatırmağa hazırlaşır.
Mənbələr, zavodun Panasonic ilə əməkdaşlıq edilərək qurulacağını, ancaq hələ son qərarın verilmədiyini, plan üzərində dəyişikliklər ola biləcəyini qeyd ediblər.
Toyotanın bu qərarı, tamamilə elektrikli vasitə istehsalına qayıdan sektordakı növbəti bir addımdır. Sentyabr ayında Ford Motor və Cənubi Koreyanın "SK Innovation" şirkəti ABŞ-da 11.4 milyard dollarlıq sərmayə ilə batareya zavodu qurmaq üçün razılaşıblar. (Marja)