Avqustun 7-də parklanmanın idarə edilməsi üçün hazırlanan mobil tətbiq istifadəyə veriləcək. Bununla da sürücülər boş parklanma yerlərini tapa, vaxtlarına qənaət edə biləcəklər.
"AzParking" mobil tətbiqi bu tarixdən - İSTİFADƏYƏ VERİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə avqustun 1-də KİV nümayəndələri üçün “Parklanmanın idarəedilməsi üçün mobil tətbiqin tədqimatı” mövzusunda keçirilən brifinqdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev söyləyib.
O bildirib ki, parklanma yerlərinin doluluğu ilə bağlı məlumatlar mobil tətbiqdə xəritə üzərində rənglərlə əks etdiriləcək: “Əgər doluluq 80 faizdən azdırsa, məlumatlar yaşıl rəngdə, həmin 80 faizdən çoxdursa, qırmızı rəngdə olacaq”. (Azərtac)