"Mercedes-Benz EQS" – eleqantlıqda təcəssüm tapmış elektrik enerjisidir.
“Mercedes-Benz Group AG”nin Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Avtokapital Azərbaycan” MMC "She's Mercedes" layihəsi çərçivəsində Azərbaycan Dəb Dizaynerləri Assosiasiyasının təsisçisi, "Phubber Azerbaijan"ın baş meneceri, "I.Sell.Wear." brendinin təsisçisi Aysel Hüseynovanın iştirakı ilə "Mercedes-Benz EQS" yolsuzluq avtomobilinin eleqant fotosessiyasını təqdim edir.
Klassik mənada qorunub saxlanılan, özündə müasir texniki nailiyyətlərin təklif etdiyi innovasiya trendində olmaq arzusunu əks etdirən zəriflik...
“Mercedes-Benz EQS” yolsuzluq avtomobili Almaniya avtomobil sənayesinin bütün məhsullarına xas olan bir çox nüansların ahəngdar birləşməsində əks olunan, nəzərəçarpmayan eleqantlıq nümunəsidir. Üçelementli işıq-diodlu faralar və spiralvari arxa fənərlər zərif xarici görünüşə malikdir, əlavə 21 düymlük təkərlər isə böyük və zəhmli görünür.
Elektrikli avtomobil standart olaraq pnevmatik asqı və tam idarə olunan şassi ilə təchiz edilib. “Mercedes-Benz EQS” yolsuzluq avtomobili bir dəfə şarj edilməklə 613 km məsafə qət edə bilir və daha yüksək komforta malikdir.
Beləliklə, “Mercedes-Benz EQS" yolsuzluq avtomobili 12,8 düymlük mərkəzi sensor ekrana və “S-Class” sedan üslubunda mərkəzi konsoldan önə çıxan maili naktouzda quraşdırılmış 12,3 düymlük rəqəmsal alətlər panelinə malikdir. Standart komplektə ayrıca alətlər ekranı, MBUX media sistemi üçün şaquli planşet və proyeksiya displeyi daxildir.
Avtomobillər haqqında daha ətraflı məlumat almaq üçün Mercedes-Benz-in Azərbaycandakı rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur:
Abşeron Avtomobil Mərkəzi
Tel.: + 994 12 347 78 00 / *8885
Autostar Kaukasus GmbH Azərbaycan
Tel.: +994 12 496 50 50 / +99412 976.