"Kia"nın Hindistan filialı zavoddan 900 mühərrikin oğurlanması faktı ilə bağlı polisə müraciət edib.
Çinin avtomobil şirkəti «Ford», «Hyundai», «Kia» və «Honda»nı keçəcək
FED.az xəbər verir ki, mühərriklərin itirildiyi yalnız 2024-cü ilin auditindən sonra aşkar edilib.
Mühərriklərin harada olduğu məlum deyil.
Yerli polis nümayəndələri bildiriblər ki, mühərriklər beş il ərzində zavoddan yoxa çıxıb. İstintaqa görə, oğurluqlarda zavod işçiləri və bəlkə də rəhbərlikdən olan şəxslər iştirak ediblər. Lakin bu günə qədər mühərriklərin zavod ərazisindən necə çıxarıldığı aydın deyil.