Cənubi Koreyanın “Hyundai Motor” şirkəti Ulsan şəhərindəki “Ioniq 5” elektromobillərinin yığıldığı zavodun işini mikrosxem çatışmazlığı səbəbindən birhəftəlik dayandıracaq.
Eləcə də bax: “Xiaomi” elektrikli avtomobil istehsalına - Başlayır
FED.az xəbər verir ki, yarımkeçiricilərin və digər komponentlərin tədarükünün dayandırılması səbəbindən şirkət 7-14 aprel tarixlərində istehsalı dayandırmağı planlaşdırır.
Fəaliyyətlərin müvəqqəti dayandırılması 6,5 min “Ioniq 5” elektromobilin və 6 min “Kona” avtomobilinin istehsal həcmlərində azalmasına səbəb olacaq.
Digər qlobal avtomobil konsernləri də yarımkeçirici bazarında çatışmazlıq səbəbindən oxşar problemlərlə üzləşiblər. Belə ki, ABŞ-ın “General Motors” və Yaponiyanın “Toyota Motor” şirkətləri yarımkeçirici çiplərin tədarükündə dayanmalar nəticəsində bəzi zavodlarının işlərini dayandırıb və ya istehsalı azaltmaq məcburiyyətində qalıblar. (Apa)