“Haval Motor Manufacturing Rus” MMC Rusiya istehsalı olan avtomobillərin Azərbaycana satışına başlayır.
FED.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
“Haval-ın Belarus, Azərbaycan və Qazaxıstanda model xətti Haval F7 və F7x, həmçinin Haval H9 yolsuzluq avtomobili ilə təmsil olunacaq. Bütün avtomobillər Tula vilayətində zavodda istehsal olunur”, - məlumatda deyilir.
Qazaxıstanda diler şəbəkəsi 15 şəhəri əhatə edəcək. Haval-ı Azərbaycanda – Bakıda “Azərbaycan Automobiles” QSC təmsil edəcək. (İnterfaks)