18-20 iyul tarixlərində Dənizkənarı bulvarda, Park Bulvar AVM-in önündə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının təşkilatçılığı ilə "Caspian Motor Show 2025" avtomobil sərgisi baş tutdu.
FED.az xəbər verir ki, sərgidə 20 avtomobil markasını əhatə edən 40 model nümayiş olundu. Sərgi Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə baş tutdu.